Arda Turan sabiq komanda yoldaşına təklif göndərdi

20:03 - 11 İyun 2023

“Qalatasaray”ın sabiq üzvü Sofyan Fequli yeni mövsümdən Türkiyə birinci liqasında oynaya bilər.

Sportal.az “Fanatik”ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçuya “Eyüpspor”dan təklif gəlib. Adıçəkilən klubun baş məşqçisi Arda Turan sabiq komanda yoldaşını sərəncamında görmək istəyib.

Əlcəzairli futbolçunun Turanın təklifinə razılıq verdiyi bildirilir. Fequli son olaraq “Fatih Karagümrük”ün formasını geyinmişdi. O, karyerası ərzində “Qrenobl”, “Valensiya”, “Almeriya”, “Vest Hem”, “Qalatasaray” klublarında oynayıb.

Xəbər xətti