"Fənərbaxça"nın baş məşqçisi istefa verdi

10:41 - 12 İyun 2023

Türkiyənin "Fənərbaxça" klubunun baş məşqçisi Jorje Jesus postunu tərk edib.

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ölkə kubokunun "Başakşehir"lə matçından sonra vəzifəsindən ayrıldığını açıqlayıb. 68 yaşlı məşqçi İstanbul təmsilçisi ilə başa çatan müqaviləsini yeniləməyib.

Qeyd edək ki, Jorje Jesus 2022-ci ilin yayında "Fənərbaxça"nın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında Super Liqanı 2-ci pillədə başa vurub, ölkə kubokunu qazanıb.

Xəbər xətti