Türkiyəni avrokuboklarda təmsil edəcək dördüncü komanda müəyyənləşdi

13:57 - 12 İyun 2023

Türkiyəni avrokubolarda təmsil edəcək sonuncu komanda müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"dan sonra "Adana Demirspor" avrokuboklarda iştirak edən dördüncü kollektiv olub.

Super Liqanı 4-cü pillədə başa vuran Adana təmsilçisi ölkə kubokunun final matçının nəticəsinə görə Konfrans Liqasında iştirak etmək hüququ qazanıb. "Fənərbaxça" finalda "Başakşeh"i məğlub etdiyi üçün "Adana Demirspor" bu hüquqa yiələnib.

Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasında, digər klublar isə Konfrans Liqasında iştirak edəcəklər.

Xəbər xətti