"Fənərbaxça"dan ayrıldı, Braziliya klubu ilə anlaşdı

10:34 - 13 İyun 2023

"Fənərbaxça"nın aparıcı futbolçusu Enner Valensiya İstanbul klubunu tərk edib. 

Sportal.az xəbər verir ki, 33 yaşlı forvard "İnternasional"la anlaşıb. Bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb. Ekvadorlu hücumçu yeni klubu ilə üç illik müqaviləyə qol çəkib. 

Valensiyaya yeni müqavilə təklif edilsə də, o, Braziliyaya yollanmaqda israrlı olub. Xatırladaq ki, təcrübəli futbolçu başa çatan mösvümdə 29 qolla Türkiyə Super Liqasının bombardir adını qazanıb. 

Xəbər xətti