"Fənərbaxça" "Qalatasaray" və "Beşiktaş"ın sabiq baş məşqçisi ilə danışıqlara başladı

14:38 - 13 İyun 2023

Jorje Jezusla yollarını ayıran "Fənərbaxça" yeni baş məşqçi axtarışına çıxıb.

Sportal.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu vəzifəni Mirça Luçeskuya tapşırmaq istəyir.

77 yaşlı rumıniyalı mütəxəssislə danışıqlara start verilib. Yaxın günlərdə təcrübəli məşqçinin "Fənərbaxça"ya razılıq verib-verməyəcəyi dəqiqləşəcək.

Tanınmış futbol adamı “Breşiya”, “Reccina”, “İnter”, “Qalatasaray”, “Beşiktaş”, “Şaxtyor”, “Zenit” klubları ilə yanaşı Rumıniya və Türkiyə millilərini də çalışdırıb. O, 2020-ci ildə “Dinamo”ya (Kiyev) baş məşqçi təyin edilib. 
 

Xəbər xətti