"Qalatasaray"a transfer qadağası tətbiq oluna bilər

18:29 - 13 İyun 2023

FIFA Türkiyənin "Qalatasaray" klubuna transfer qadağası tətbiq edə bilər.

Sportal.az xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin sabiq futbolçusu Omar Elabdellauinin müqaviləsini təktərəfli qaydada ləğv etməsidir.

Norveçli sağ cinah müdafiəçisi məsələ ilə bağlı FIFA-ya şikayət edib. Ali futbol qurumu 31 yaşlı futbolçunun lehinə qərar çıxarıb. "Qalatasaray" hazırda "Budo Qlimt"də çıxış edən müdafiəçiyə 2 667 709 avro təzminat ödəməlidir.

"Sarı-qırmızılar" qərardan CAS-a şikayət edəcək. CAS Elabdellauini haqlı hesab etsə, klub ona təzminat ödəməli olacaq. Məbləğ ödənilməsə Türkiyə çempionuna transfer qadağası cəzası veriləcək.

Qeyd edək ki, Omar Elabdellaui 2020-2022-ci illər arasında "Qalatasaray"da çıxış edib. Təcrübəli futbolçu övladları ilə əylənərkən əlindəki fişəngin partlaması nəticəsində gözündən ağır xəsarət almşdı. Buna görə də o, uzun müddət yaşıl meydanlardan kənar qalmışdı. Norveç millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti