Komandanı avrokuboklara aparan baş məşqçi ilə yollar ayrıldı

19:21 - 13 İyun 2023

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Adana Demirspor" Vinçentso Montella ilə yollarını ayırıb. Bu barədə "mavi şimşəklər"in mətbuat xidməti məlumat yayıb. İtaliyalı məşqçisinin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, Vinçentso Montella 2021-ci ilin sentyabr ayında "Adana Demirspor"un baş məşqçisi təyin olunmuşdu. Komanda 48 yaşlı mütəxəssisin rəhbərliyi altında Super liqada 2022/2023 mövsümünü 63 xalla 4-cü pillədə başa vurub və Konfrans Liqasına vəsiqə əldə edib.

Xəbər xətti