"Qalatasaray" erməni futbolçunu transfer edəcək?

17:36 - 15 İyun 2023

Türkiyənin "Qalatasaray" klubu Moskva "Dinamo"sunun erməni futbolçusu Arsen Zaxaryanı transfer etməyəcək.

Sportal.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Erden Timur məlumat verib. Klub rəsmisi bildirib ki, 20 yaşlı yarımmüdafiəçi onların transfer gündəmində yoxdur.

Qeyd edək ki, Türkiyə mətbuatında "Qalatasaray"ın Arsen Zaxaryanı transfer edəcəyi iddia olunurdu.

Xəbər xətti