"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşib

13:10 - 16 İyun 2023

Türkiyənin "Fənərbaxça" klubunun yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Sportal.az xəbər verir ki, yeni mövsümdə İstanbul təmsilçisini Vinçentso Montella çalışdıracaq. Bu barədə jurnalist Cankuka Di Martsio məlumat yayıb. İtaliyalı məşqçi ilə razılıq əldə olunduğu və yaxın günlərdə müqavilə imzalanacağı bildirilir.

"Fənərbaxça" bir neçə gün öncə portuqaliyalı mütəxəssis Jorje Jesusla yollarını ayırıb.

Qeyd edək ki, Vinçentso Montella son olaraq Türkiyənin "Adana Demirspor" klubunu çalışdırıb. "Mavi şimşəklər" onun rəhbərliyi altında Super Liqanı 4-cü pillədə başa vurub.

Xəbər xətti