Fatih Terim milli komandanı çalışdıra bilər

17:50 - 18 İyun 2023

"Qalatasaray"ın keçmiş baş məşqçisi Fatih Terim yenidən fəaliyyətə qayıda bilər.

Sportal.az xəbər verir ki, 69 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı milli komandasını çalışdırmağa yaxındır. Bu barədə jurnalist Canluka Di Martsio məlumat yayıb. Türk məşqçi Asiya təmsilçisinə rəhbərlik etməyə ən real namizəddir.

Qeyd edək ki, Fatih Terim ötən ilin ötən ilin yanvar ayında "Qalatasaray"dan ayrıldıqdan sonra işsizdir.

Xəbər xətti