Millinin üzvü klubunu dəyişdi

13:17 - 19 İyun 2023

"Roma" "Ayaks"ın yarımmüdafiəçisi Benjamin Tahiroviçi transfer edib. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Amsterdam təmsilçisi bosniyalı üçün qarşı tərəfə 8,5 milyon avro ödəyib.

Bosniya və Herseqovina millisinin üzvü 2021-ci ilin fevralında "Vasalunds"dan "Roma"ya keçmişdi. Tahiroviç "canavarlar"ın heyətində 13 matça çıxmışdı. 

Xəbər xətti