Azərbaycan millisinin üzvü Türkiyə klubuna keçə bilər

15:42 - 19 İyun 2023

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərov karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, yarımmüdafiəçi "Kocaelispor"a keçmək imkanına sahibdir.

Türkiyə mətbuatının iddiasına görə, o, menecerlər vasitəsilə adıçəkilən kluba təklif edilib.

"Sabah"ın futbolçusunun "Kocaelispor"a keçib-keçməyəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.

Xəbər xətti