"Qarabağ"a gəlməmişdən əvvəl buradakı hər kəsi tanıyırdım"

16:23 - 19 İyun 2023

"Qarabağ"ın yeni transferi Hamidu Keyta "CBC Sport"a açıqlama verib.

Sportal.az xəbər verir ki, seneqallı futbolçu Ağdam klubunda adaptasiya ilə bağlı problem yaşamadığını söyləyib:

"Tətil qısa sürdü. Amma özümü çox yaxşı hiss edirəm. Hazırlığa başlamışıq və hər şey yaxşı gedir. Komandaya yaxşı adaptasiya olmuşam. "Qarabağ"a gəlməmişdən əvvəl buradakı hər kəsi tanıyırdım. Bəzi dostlarım da var idi - Julio Romao, Adama Diakabi, Abdullah Zubir. Sadəcə onları meydanda tanımağa ehtiyacım var. Komandada özümü yaxşı hiss edirəm. Məqsədimiz hər oyunu qazanmaq və təbii ki, təsnifat mərhələlərini keçməkdir. “Qarabağ”ın irəliləməsi üçnü keyfiyyəti var.Biz bunu üçün çalışacağıq".

Xatırladaq ki, Keyta "Zirə" ilə müqaviləsi başa çatdıqdan sonra "Qarabağ"la müqavilə imzalayıb.

Mirbağırağa

Xəbər xətti