"Qalatasaray" yamaykalı forvard gətirir

16:55 - 19 İyun 2023

"Qalatasaray" "Spartak" və Yamayka millisinin hücumçusu Şamar Nikolsonu transfer etmək istəyir. 

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu yay adıçəkilən futbolçunun keçidini həll etmək niyyətindədir. 

Türkiyə klubunun təmsilçiləri Nikolson üçün hərəkətə keçib. Nikolson başa çatan mövsümdə Rusiya Premyer Liqasında 22 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xəbər xətti