Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli oldu - YENİLƏNİB

16:13 - 20 İyun 2023

Çempionlar Liqasında 2023/2024 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" bu mərhələdə Cəbəllütariqin “Linkoln Red İmps” klubu ilə üz-üzə gələcək. Ağdam təmsilçisi ilk oyunu səfərdə keçirəcək.

******

Çempionlar Liqasında 2023/2024 mövsümünün seçmə mərhələsinin püşkü atılacaq.

Sportal.az xəbər verir ki, tədbir bu gün Bakı vaxtilə saat 16:00-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Azərbaycan çempionu "Qarabağ"ın da qitənin ən nüfuzlu turnirindəki rəqibi bəlli olacaq. Ağdam təmsilçisi püşkatmada yüksək reytinqli komandaların olduğu püşkatma zamanı səpələnmişlər sırasında yer alacaq.

*****

Artıq "Qarabağ"ın potensial rəqiblərinin sayı 5-ə düşüb. Bunlar "səpələnməmişlər" səbətində yer alan aşağıdakı komandalardır:

“Linkoln Red İmps” (Cəbəllütariq)

“Rakov” (Polşa)

"Valmiera” (Latviya)

“Larn” (Şimali İrlandiya) 

“Svift”dir (Lüksemburq)

Çempionlar Liqası
I təsnifat mərhələsi

Səpələnmişlər: “Ferentsvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan), “Slovan” (Slovakiya), “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Jalgiris” (Litva), HIK (Finlandiya), “Flora” (Estoniya), “Şemrok Rovers” (İrlandiya), TNS (Uels), “Olimpiya” (Sloveniya), “Zrinski” (Bosniya və Herseqovina).

Səpələnməmişlər: “Linkoln” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), İlkin mərhələnin qalibi, “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Partizani” (Albaniya), “Haken” (İsveç), “Farul” (Rumıniya), “Valmieras” (Latviya), “Ballkani” (Kosovo), “Larne” (Şimali İrlandiya), “Urartu” (Ermənistan), “Hamrun” (Malta), “Hesperange” (Lüksemburq), “Struga” (Şimali Makedoniya).

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.

Xəbər xətti