La Liqa klubu 40 yaşlı futbolçunun müqaviləsini uzatdı

15:39 - 20 İyun 2023

İspaniyanın "Betis" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Sevilya təmsilçisi qapıçı Klaudio Bravo ilə sözləşmənin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı "əlcək sahibi" 2023/2024 mövsümünün sonuna kimi La Liqa klubunun uğurları üçün çalışacaq.

Qeyd edək ki, Klaudio Bravo 2020-ci ilin yayında "Mançester Siti"dən ayrıldıqdan sonra "Betis"ə keçib. Çilili qolkiper son mövsümdə komandanın heyətində 21 matçda meydana çıxıb.

Xəbər xətti