"Sabah"ın yeni transferi: "Birlikdə böyük uğurlara imza atacağıq"

15:54 - 22 İyun 2023

Mövsümlərarası transfer çalışmalarını davam etdirən “Sabah” yayda ilk transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, gənc müdafiəçi Rəhman Daşdəmirovla 2 illik müqavilə bağlanıb. Rəhman keçidi ilə bağlı fikirlərini bildirib. O, “Sabah”ın üzvü olmaqdan şad olduğunu deyib:

“Sabah”la müqavilə bağladığıma görə çox şadam. Bu cür iddialı kollektivin bir parçası olmaq qürurvericidir. Mənə etimad göstərildiyinə görə təşəkkür edirəm. Əlimdən gələni edəcəm ki, mənə olan inamı doğruldum. Azarkeşləri növbəti mövsümdə də komandamızı sona kimi dəstəkləməyə çağırıram. İnanıram ki, birlikdə böyük uğurlara imza atacağıq”.

Xəbər xətti