"Atletiko" Fransa millisinin müdafiəçisi üçün hərəkətə keçdi

18:16 - 22 İyun 2023

"Milan" və Fransa milli komandasının müdafiəçisi Teo Hernandez İspaniyaya qayıda bilər.

Sportal.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, müdafiəçiyə "Atletiko"dan təklif gəlib. 25 yaşlı fransızın meneceri "Atletiko" rəsmiləri ilə danışıq aparır. Keçidin reallaşmasına transfer məbləği mane ola bilər. Belə ki, “Milan” “Atletiko”dan 80 milyon avro tələb edir ki, İspaniya klubu bu məbləği ödəməyə hazır deyil. Hələ ki, danışıqlar davam edir və Madrid təmsilçisinin rəhbərliyi Teonun keçi üçün müəyyən variantları götür-qoy edir.

25 yaşlı futbolçu “Atletiko” yetirməsidir və əvvəllər “Alaves”, “Real”, “Real Sosyedad” forması geyinib.

Xəbər xətti