"Fənərbaxça"nın yeni transferi - RƏSMİ

00:07 - 23 İyun 2023

"Fənərbaxça" yeni transfer həyata keçirib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Edin Cekonun keçidini rəsmiləşdirib. 

Türkiyə nəhəngi 37 yaşlı bosniyalı hücumçu ilə iki illik müqavilə imzalayıb. 

Onun illik maaşı 4 milyon 200 min avro olacaq.

Xatırladaq ki, forvard 2022/23 mövsümündə "İnter"in heyətində 52 görüşdə 14 qol vurub. 

Xəbər xətti