"Fənərbaxça"dan ayrılan baş məşqçi bu millini çalışdıracaq

13:56 - 23 İyun 2023

"Fənərbaxça"dan ayrılan Jorje Jesus Səudiyyə Ərəbistanı milli komandasını çalışdıracaq.

Sportal.az "O Jogo" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Asiya təmsilçisini ilə razılıq əldə edib. 68 yaşlı məşqçi ilə 3 illik müqavilə imzalanacaq. Onun illik maaşı 10 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Jorje Jesus 2022/2023 mövsümündə "Fənərbaxça"nı çalışdırıb. Komanda onun rəhbərliyi altında SUper Liqanı 2-ci pillədə başa vurub, türkiyə Kubokunun qalibi olub.

Xəbər xətti