Millimizin sabiq futbolçuları eyni klubla anlaşdılar

17:17 - 24 İyun 2023

U-21 yığmamızın sabiq futbolçuları Emre Kaplan və Mert Çelik eyni komandada oynayacaq.

Sportal.az xəbər verir ki, hər iki müdafiəçi "Bandırmaspor"la anlaşıb.

Hər iki futbolçu adıçəkilən kluba bir illik icarəyə verilib. Həm Kaplan, həm də Çelik "İstanbul Başakşəhər"ə məxsusdur.

Kaplan başa çatan mövsümü "Adanaspor"da, Çelik "Neftçi"də keçirib.
 

Xəbər xətti