"Zenit"in hücumçusu: "Neftçi" və "Fənərbaxça" öz liqalarının liderləridir"

13:16 - 24 İyun 2023

“Zenit”in hücumçusu İvan Sergeyev "Neftçi", "Fənərbaxça" və "Srvena Zvezda" klublarının da çıxış edəcəyi "Matç TV Kuboku” turniri ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, “Matç TV”yə danışan rusiyalı bunları deyib:

"Üç fərqli ölkədən - Azərbaycan, Türkiyə və Serbiyadan komandalar gələcək. Ona görə də turnir çox maraqlı keçəcəyini vəd edir. “Neftçi”, “Fənərbaxça” və “Srvena Zvezda” öz liqalarının liderləridir. Ümid edirəm ki, oyunlara çoxlu azarkeş gələcək. Ümumiyyətlə, təlim-məşq toplanışının və turnirin Sankt-Peterburqda keçirilməsi yaxşı haldır".

Xəbər xətti