Braziliya millisinin üzvü "Fənərbaxça"ya keçir

21:18 - 24 İyun 2023

Braziliya millisinin və "Aston Villa"nın yarımmüdafiəçisi Filip Koutinyo Türkiyəyə yollanmağa hazırlaşır.

Sportal.az “Todofichajes”ə istinadən xəbər verir ki, braziliyalı “Fənərbaxça”ya keçə bilər.

31 yaşlı futbolçu başa çatan mövsümdə İngiltərə Premyer Liqasında 20 oyuna çıxıb, 1 qol vurub.

Onun “Aston Villa” ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti