"Qarabağ"dan gedəsi olsam, Azərbaycan klubu ilə müqavilə imzalayacam"

12:59 - 25 İyun 2023

"Qarabağ"ın qapıçısı Ayxan Arazlı yeni mövsümdən başqa komandada oynayacaq.

Sportal.az xəbər verir ki, qolkiper Ağdam klubunun Avstriyadakı toplanışına aparılmayıb. Saytımıza açıqlama verən Arazlı gələcək karyerası ilə bağlı bunları deyib:

"Yeni mövsümə fərqli komandada başlamaq ehtimalım var. Menecerim bir-iki komanda ilə danışır. Yaxın günlərdə konkret xəbər olmalıdır. Təbii ki, yeni mövsümdən daha çox oynamaq istəyərdim. "Qarabağ"dan gedəsi olsam, Azərbaycan klubu ilə müqavilə imzalayacam. Yaxın günlərdə hər şey dəqiqləşəcək".

Mirbağırağa

Xəbər xətti