Aleks Telles "Porto"ya qayıdacaq.
Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, "Mançester Yunayted"ə məxsus olan futbolçu "Sevilya"da qalmayacaq. Belə ki, o, icarə əsasında çıxış etdiyi İspaniya klubundan da ayrılmağa hazırlaşır. Onun yenidən "Porto"da oynamaq istədiyi və bunun üçün "Mançester Yunayted"lə danışıqlar apardığı bildirilir.
30 yaşlı futbolçu "Qremio", "Qalatasaray", "İnter", "Porto" klublarında çıxış edib.
saytlarin hazirlanmasi