Əliyar Ağayev İngiltərə - Almaniya matçını idarə edəcək

10:55 - 26 İyun 2023

Azərbaycanın FIFA referisi Əliyar Ağayev U-21 yığmaların Avropa çempionatında növbəti təyinatını alıb.

Sportal.az xəbər verir ki, Ağayev C qrupunun sonuncu turunun İngiltərə - Almaniya matçını idarə edəcək. 

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək olacaq. 

Qarşılaşma iyunun 28-ə "Batumi Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Xəbər xətti