"Zirə"nin yeni transferi söz verdi - FOTO

16:18 - 26 İyun 2023

Braziliyalı müdafiəçi Ruan Renato "Zirə"yə keçidi haqda instaqramda paylaşım edib.

Sportal.az xəbər verir ki, o, sosial şəbəkə hesabında qəsəbə klubuna keçidi ilə bağlı bunları yazıb:

"Karyeramda yeni dövr başladı. Mən çox xoşbəxtəm və bu cür möhtəşəm klubda oynamaq üçün motivasiyalıyam. Söz verirəm ki, heç vaxt mübarizəm əskik olmayacaq. Birlikdə yeni mövsüm üçün hədəflərimizə nail ola bilərik".

Əlavə edək ki, Renato başa çatan mövsümü "Qəbələ"də keçirib.

Xəbər xətti