"Fənərbaxça" "Zenit"in iki legionerini transfer etməyi planlaşdırır

16:34 - 26 İyun 2023

“Fənərbaxça” “Zenit”in futbolçuları Vendel və Malkom üçün “Zenit”lə danışıqlara başlayıb.

Sportal.az “Sportx”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi hər iki braziliyalının keçidini bu yay həyata keçirməyi planlaşdırır.

“Fənərbaxça” ən pis halda, hər iki futbolçunu icarəyə götürməyə çalışacaq. Vendel 2020-ci ildə “Sportinq”dən, Malkom isə 2019-cu ildə “Barselona”dan “Zenit”ə keçib.

Xəbər xətti