Sabiq "Qarabağ"lı: "Köhnə dostları görmək çox xoş olacaq"

11:52 - 27 İyun 2023

"Qarabağ" bu gün Avstriya toplanışı çərçivəsində "Ferentsvaroş"la yoxlama matçında üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, Macarıstan təmsilçisinin futbolçusu Kvabena Ovusu oyundan öncə klubun rəsmi saytına müsahibə verib. "Qarabağ"ın sabiq hücumçusu eyni gücdə olan komandaların qarşılaşacağını deyib:

"Ferentsvaroş"da özümü yaxşı hiss edirəm. Hamımızın bir məqsədi var, Çempionlar Liqasının qrup mərhələsinə düşmək. Məşqlərimiz gərgin keçir, bu, tamamilə normaldır. Çünki belə yüksək səviyyəli matçlarda ciddi fiziki hazırlığa ehtiyac var. Hiss edirəm ki, düzgün yoldayıq.

“Qarabağ”ı yaxşı tanıyıram, güclü komandadır. Təxminən eyni gücdə olan iki kollektiv üz-üzə gələcək. Köhnə dostları görmək çox xoş olacaq, xüsusi matç gözləyirik. Biz yaxşı oyunla gəlmək istəyirik".

Xəbər xətti