"Qarabağ" məşhur hücumçuya təklif göndərdi

13:26 - 28 İyun 2023

"Qarabağ" hücum xəttini məşhur futbolçu ilə gücləndirə bilər.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu Şotlandiyanın "Reyncers" klubundan ayrılan Alfredo Morelosla maraqlanır. Bu barədə "The Sun" nəşri məlumat yayıb. Ağdam təmsilçisinin kolumbiyalı hücumçuya təklif göndərdiyi iddia olunur.

Qeyd edək ki, "Reyncers" Alfredo Morelosu 2017-ci ilin yayında "Helsinki"dən transfer etmişdi. 27 yaşlı forvard son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda azad agent statusunda olan Morelosin "transfermarkt" saytında dəyəri 6 milyon avro olaraq göstərilib. Forvard Kolumbiya millisinin üzvüdür.

Xəbər xətti