Kannavaro İstanbulda işləyə bilər

21:43 - 29 İyun 2023

İtaliyalı məşqçi Fabio Kannavaro Türkiyədə çalışa bilər.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin xidmətində "Fatih Karagümrük" maraqlıdır. İstanbul təmsilçisi məşqçi ilə danışıqlara start verib.

Qeyd edək ki, "Fatih Karagümrük" Andrea Pirlonu baş məşqçi postundan istefaya göndərib. Kannavaro isə son olaraq "Benevento"nu çalışdırıb.

Xəbər xətti