"Uypeşt"in futbolçusu: "Agentim Azərbaycan klubları ilə danışıq aparır"

21:13 - 30 İyun 2023

Macarıstanın "Uypeşt" klubunun futbolçusu Matiya Lyuyiç yeni mövsümə Azərbaycan Premyer Liqasında başlayıb-başlamayacağını hələ ki, dəqiqləşdirməyib. Əslində, futbolçu özü ölkəmizdə oynamaq istəyir. Lakin "Uypeşt"in onu buraxıb-buraxmayacağı bəlli deyil.

Sportal.az saytına açıqlama verən serbiyalı hazırkı durumu belə şərh edib: "Uypeşt"də qalıb-qalmayacağım bəlli deyil. Azərbaycana qayıdıb-qayıtmayacağım da dəqiqləşməyib. Hazırda agentim Azərbaycan klubları ilə danışıq aparır. Amma bu dəqiqə üçün yenilik yoxdur. Premyer Liqada oynamaq xoş idi. Yeni mövsümə harada başlayacağım dəqiq deyil".

Xatırladaq ki, “Teleoptik”, “Partizan”, “Rad”, “Jalqris”, “Vellinqton Finiks”, “Belenenseş”, “Bney Yehuda”, “Qanqvon”. “Hapoel Hayfa”da oynamış 29 yaşlı yarımmüdafiəçi başa çatan mövsümü “Səbail”də keçirib. O, müqavilə ilə “Uypeşt”ə məxsusdur.

Mirbağırağa
 

Xəbər xətti