"Latsio" "Qalatasaray"ın legioneri üçün hərəkətə keçdi

22:04 - 30 İyun 2023

"Latsio" "Qalatasaray"ın uruqvaylı futbolçusu Lukas Torreyranın transferi üçün danışıqları davam etdirir. 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, yarımmüdafiəçi İtaliya çempionatına qayıtmaq niyyətindədir. Onun agenti tərəflər arasında razılığa gəlmək üçün fəal işləyir. Uruqvaylı ilə "Latsio"nun müqavilə müddəti 2027-ci ilə kimi nəzərdə tutulub. Torreyra isə 2026-cı ilin yayına qədər "Qalatasaray"a məxsusdur. Türkiyə çempionu transferi 6 milyon avroya başa gələn yarımmüdafiəçini yüksək qiymətə satmağı planlaşdırır.

Xatırladaq ki, Lukas əvvəllər “Atletiko”(Madrid), “Fiorentina”, "Sampdoriya", "Arsenal"da oynayıb.

Xəbər xətti