"Zenit"in braziliyalısı "Neftçi"yə qarşı oynamayacaq

15:55 - 30 İyun 2023

"Zenit"in müdafiəçisi Rodriqao "PARİ Premyer Kuboku"nun “Neftçi” ilə ilk oyununda iştirak edə bilməyəcək.

Sportal.az xəbər verir ki, 27 yaşlı arxa xətt oyunçusu Santk-Peterburq təmsilçisinin ümumi qrupunda məşq etməyib. Braziliyalı müdafiəçinin bud əzələsindəki zədə hələ də sağalmayıb.

Rodriqao Rusiya Premyer Liqasının son mövsümündə 26 oyun keçirib və 1 qol vurub.

Qeyd edək ki, "Zenit" - "Neftçi" qarşılaşması 1 iyul tarixində Bakı vaxtilə saat 20:30-da start götürəcək.

Xəbər xətti