Danimarka millisinin üzvü 29 yaşında karyerasını başa vurdu

20:18 - 30 İyun 2023

Belçikanın "Antverpen" klubunun futbolçusu Viktor Fişer peşəkar karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, danimarkalı yarımmüdafiəçi 29 yaşında vida qərarı verib. Təcrübəli orta xətt oyunçusu tez-tez zədələndiyi üçün karyerasını bitirməli olub.

Qeyd edək ki, Viktor Fişer "Orxus"un yetirməsidir. O, karyerası ərzində "Ayaks", "Midlzbro", "Maynts", "Kopenhagen" və AİK-də çıxış edib. Fişer Danimarka millisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti