Xorvatiya millisinin üzvü "Trabzonspor"da

10:45 - 1 İyul 2023

"Trabzonspor" Xorvatiya millisinin üzvünü transfer edib. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi "Sauthempton"dan Mislav Orşiçlə güclənib. 30 yaşlı futbolçu ilə 2+1 illik müqavillə imzalanıb. "Trabzonspor" xorvata görə İngiltərə klubuna 2,4 milyon avro ödəyəcək.

Əlavə edək ki, Orsiç Türkiyə klubunun hazırkı baş məşqçisi Nenad Byelitsanın şəxsi istəyi ilə transfer edilib. 

Xəbər xətti