Azərbaycan millisinin sabiq və hazırkı üzvü eyni komandada

16:17 - 1 İyul 2023

Azərbaycanın U-21 yığmasının sabiq üzvü Timur Temeltaş özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Çorum”la anlaşıb. Başa çatan mövsümə qədər ikinci liqada çıxış etmiş klub yeni mövsümdən birinci liqaya vəsiqə qazanıb. Temeltaş adıçəkilən klubla bir illik müqaviləyə qol çəkib.

Xatırladaq ki, “Çorum”da hazırda U-21 yığmamızın üzvü olan Muhammet Mustafa Yıldırım forma geyinir.

Yarımmüdafiəçi “Altınordu”, “Kayzerslauten”, “Ümraniyespor”, “Altay”, “Eyüpspor” və “Iğdırspor” klublarında çıxış edib.

Xəbər xətti