"Kəpəz"in baş məşqçisi: "Maliyyə səbəbindən Türkiyəyə gedə bilmirik"

16:32 - 1 İyul 2023

"Kəpəz" maliyyə problemlərinə görə yeni mövsümün hazırlırlıqlarını ölkə daxilində keçəcək. Məsələ ilə bağlı Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov Sportal.az saytına açıqlama verib. O, toplanışın baş tutmamasının səbəbini maliyyə problemləri ilə əlaqələndirib:

"Düzdür, maliyyə səbəbindən Türkiyəyə gedə bilmirik. Təbii ki, gedə bilsəydik, yaxşı olardı. Çünki orada istədiyimiz güclü komandalarla qarşılaşacaqdıq. Amma hazırlığımızı Bakıda keçəcəyik və çalışacağıq ki, sahib olduqlarımızdan maksimum yararlanaq. Kənardan maliyyə dəstəyi olsaydı, dərhal Türkiyəyə yollanardıq. Getməyi də çox istəyirik. İnanıram ki, başqa klublarımıza sponsor çıxdığı kimi, Azərbaycanın ən köklü klublarından biri olan “Kəpəz”ə də sponsor tapılar. Hazırlığı Bakıda keçməyimizin yeni mövsüm çıxışımıza mənfi təsir edəcəyini düşünmürəm. Ən azından inanıram ki, belə olmayacaq".

Mirbağırağa

Xəbər xətti