"Adana Dəmirspor" tanınmış forvardı transfer edir

18:51 - 1 İyul 2023

Türkiyəni Konfrans Liqasında təmsil edəcək "Adana Dəmirspor" heyətini tanınmış futbolçu ilə gücləndirə bilər.

Sportal.az "Estadio Deportivo"ya istinadən xəbər verir ki, Adana təmsilçisi Uruqvay millisinin hücumçusu Edinson Kavani üçün hərəkətə keçib.

Türkiyə klubu 36 yaşlı forvardı azad agent kimi heyətinə qatmaq istəyir. Onun "Valensiya" ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir. 

Təcrübəli hücumçu “Danubio”, “Palermo”, “Napoli”, PSJ, “Mançester Yunayted” klublarında çıxış edib. 

Xəbər xətti