"Udineze"nin keçmiş futbolçusu: "Qarabağ"a keçmək variantım olmuşdu"

20:06 - 1 İyul 2023

Xorvatiyalı yarımmüdafiəçi Andriya Baliç vaxtı ilə "Qarabağ"a keçmək variantının olduğunu bildirib.

Sportal.az “Dalmatinski portal”a istinadən xəbər verir ki, "Udineze"nin sabiq üzvü Slovakiyada oynadığı zaman Ağdam klubuna keçməyə yaxın olub. Lakin sonradan bu transfer baş tutmayıb. Hazırda klubsuz qalan xorvat belə danışıb:

"DAK-1904"də (2020-2023-cü illərdə) oynayanda fərqli seçimlərim var idi. Türkiyəyə yollana bilərdim. Daha sonra “Qarabağ”a keçmək variantım olmuşdu. Əvvəlcə keçidimə təkid etdilər. Ancaq sonra zədələndim və hər şey bitdi. Onsuz da yalnız necə sağalmağımla məşğul idim".

25 yaşlı yarımmüdafiəçi “Hayduk”(Split), “Udineze”, “Fortuna Sittard”, “Peruca”, “Dukla” klublarında oynayıb.

Xəbər xətti