"Beşiktaş" ilk transferini açıqladı

20:50 - 1 İyul 2023

"Beşiktaş" yay "transfer pəncərəsi" dövründə ilk keçidi açıqlayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Somaspor"dan Emrecan Bulutu heyətinə qatıb. 

20 yaşlı yarımmüdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb. 

Bulut ötən mövsüm 34 görüşdə meydana çıxıb 16 qol vurub, 1 məhsuldar ötürmə edib. 

Xəbər xətti