"Neftçi"nin məşqçisi "Zenit"ə məğlubiyyət haqda: "Bu baxımdan geridəyik"

23:46 - 1 İyul 2023

"Neftçi"nin məşqçisi İqor Getman “Matç TV Kuboku” turnirinin ilk oyununda “Zenit”ə məğlubiyyəti (1:3) şərh edib.

Sportal.az xəbər verir ki, o, komandasının Sankt-Peterburq təmsilçisi ilə bacara bilməməsi haqda bu cür danışıb:

“Biz böyük büdcəsi olan, iki bərabər heyəti meydana buraxmağa gücü çatan klubla oynadıq. Bu gün biz bu baxımdan geridəyik. Bir çox futbolçu fiziki cəhətdən hazır deyildi. Sonda meydana gəncləri buraxdıq. İstənilən halda, fədakarlığına görə uşaqlara təşəkkür edirəm. Demək olar ki, oyun üçün planımız tamamlandı. Əla təşkil olunmuş turnirdir”.

“Ağ-qaralar”ın məşqçisi görüşün son dəqiqəsində zədələnərək meydanı xərəkdən tərk edən Aqil Məmmədovun durumuna da aydınlıq gətirib: “Özünə gəlib. Hazırda xəstəxanadadır. Ümumilikdə hər şey qaydasındadır”.

Xəbər xətti