"Fənərbaxça"da ayrılıq

15:19 - 2 İyul 2023

Türkiyənin "Fənərbaxça" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, müdafiəçi Ezcan Aliosko İstanbul təmsilçisini tərk edib. Bu barədə şimali makedoniyalı müdafiəçi sosial şəbəkə hesabında paylaşım edib. 31 yaşlı sol cinah müdafiəçisi müqavilə ilə məxsus olduğu "ƏI Əhli" klubuna qayıdıb.

Qeyd edək ki, "Fənərbaxça" Ezcan Alioskini 2022-ci ilin avqust ayında icarəyə götürmüşdü. Şimali Makedoniya millisinin üzvü Türkiyə təmsilçisinin heyətində meydana çıxdığı 17 Super Liqa matçında 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti