"Liverpul"dan 70 milyon avroluq transfer - RƏSMİ

19:50 - 2 İyul 2023

İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi "Leyptsiq"dən Dominik Soboslaini rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Liverpul" macarıstanlı vinger üçün Almaniya klubuna 70 milyon avro ödəyib. 22 yaşlı ön xətt oyunçusu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Futbolçu yeni klubunda 8 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək "Leyptsiq" Dominik Soboslaini 2019-cu ilin yayında "Zaltsburq"dan transfer edib. 22 yaşlı futbolçu cari mövsümdə Almaniya təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti