Millimizin müdafiəçisi PAOK-da

21:33 - 2 İyul 2023

Qadın futbolçulardan ibarət milli komandamızın üzvü Ayşən Əhmədova karyerasını Yunanıstanda davam etdirəcək.

Sportal.az xəbər verir ki, 23 yaşlı müdafiəçi PAOK-a keçib. Yunanıstan klubu futbolçumuzla 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Ayşən son olaraq Türkiyənin "ABB Fomget" komandasında çıxış edirdi. O, Türkiyə klubu ilə son mövsümdə çempionluq yaşayıb.

Xəbər xətti