"Beşiktaş" "Fənərbaxça"ya rəqib oldu

10:58 - 3 İyul 2023

Braziliya millisinin və "Aston Villa"nın yarımmüdafiəçi Filip Koutinyoya Türkiyədən növbəti təklif gəlib.

Sportal.az "Diario Sport"a istinadən xəbər verir ki, "Fənərbaxça"dan sonra "Beşiktaş" da braziliyalı üçün hərəkətə keçib.

"Qara qartal" onu icarə əsasında heyətinə qatmağa çalışır. Satınalma variantı isə 8 milyon avro təşkil edə bilər. İcarə şərtlərinə əsasən Koutinyonun maaşının 60 faizini Birmingem təmsilçisi ödəməlidir.

Xatırladaq ki, Koutinyo 2022-ci ildə 20 milyon avroya "Barselona"dan "Aston Villa"ya keçmişdi.

Xəbər xətti