"Yurqorden" Musa üçün "Qarabağ"a bu qədər pul ödəyəcək

10:41 - 3 İyul 2023

İsveçin "Yurqorden" klubunun Musa Qurbanlının transferi üçün "Qarabağ"a nə qədər pul ödəyəcəyi məlum olub.

Sportal.az xəbər verir ki, bu transferə görə Ağdam klubu 500 min avrodan bir qədər az (təxminən 920 min manat) qazanacaq.

Xatırladaq ki, bu gün 21 yaşlı hücumçu tibbi müayinədən keçməlidir. Problem çıxmasa, "Yurqorden" Qurbanlı ilə üç illik müqavilə imzalayacaq.

Xəbər xətti