"Beşiktaş" rusiyalı ilə anlaşdı

10:19 - 4 İyul 2023

"Zenit"in hücumçusu Daler Kuzyayev "Beşiktaş"a keçməyə yaxındır.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubu 30 yaşlı futbolçu ilə ilkin razılıq əldə edib. 

2017-ci ildən "Zenit"də çıxış edən Kuzyayev "Beşiktaş"da illik 2,5 milyon avro qazanacaq. Rusiyalı yola saldığımız mövsüm 26 matçda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

Xəbər xətti