"Arda"nın baş məşqçisi millimizin üzvü haqda: "Perspektivi yüksəkdir"

18:35 - 4 İyul 2023

Bolqarıstanın "Arda" klubunun baş məşqçisi Aleksander Tunçev milli komandamızın üzvü Cəlal Hüseynov haqda danışıb.

Sportal.az xəbər verir ki, bir müddət əvvəl saytımıza müsahibəsində Cəlal haqda pozitiv fikirlər səsləndirən bolqar mütəxəssis bu dəfə futbolçusunu iş başında gördükdən sonra danışıb. 

Saytımıza açıqlama verən Kırcaali təmsilçisinin çalışdırıcısı Hüseynovun gələcəyinə böyük ümidlər bəslədiyini deyib: "Cəlal haqda fikrimiz müsbət idi. Gəncdir, yaxşı müdafiəçidir. Böyük perspektiv vəd edir. Yoldaşlıq görüşlərində meydana çıxdı. İndi hazırlıq dövrüdür və yeni mövsümə hazırlaşırıq. Ona əsas heyət oyunçusu kimi baxdığımızı sizə demişdim. Bu fikrimizdə qalırıq. Ümidvaram ki, hər şey onun üçün yaxşı alınacaq".

Mirbağırağa

Xəbər xətti