SOCAR "Qalatasaray"ın sponsoru oldu

21:30 - 4 İyul 2023

SOCAR "Qalatasaray"ın forma sponsoru olub.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi avrokuboklardakı oyunlara SOCAR yazılı formalarla çıxacaq. 

Bu sponsorluqdan Türkiyə çempionu 5 milyon dollar əldə edəcək. 

Qeyd edək ki, ölkə çempionu olan "Qalatasaray" 2023/2024 mövsümündə Türkiyəni Çempionlar Liqasında təmsil edəcək.

Xəbər xətti